2 C
Baku
Sunday, December 15, 2024

Nyu-Yorkda sürücülər tıxaclara görə pul ödəyə bilərlər

Nyu-York sürücülərin tıxac üçün pul ödəməyə məcbur ediləcəyi ilk ABŞ şəhəri ola bilər.

Şəhərin əsas hissəsi “Tayms Meydanı” və ən məşhur ərazilərdən biri olan “Soho”nun yerləşdiyi Manhetten şəhər dairəsinin mərkəzinə giriş üçün ödənişin tətbiq edilməsi planlaşdırılır.

Alınan pul ictimai nəqliyyatın maliyyələşdirilməsinə sərf olunacaq. Avtomobil sürücülərinin 15 dollar, yük maşını sürücülərinin ölçüsündən asılı olaraq 24 və ya 36 dollar, motosiklet sürücülərinin isə 7,50 dollar ödəməsi gözlənilir. Giriş haqqı gündə yalnız bir dəfə alınacaq. Eyni zamanda, taksi və ictimai nəqliyyat rüsum ödəməyəcək, gediş haqqını artıracaq.

Tariflər həftə içi yerli vaxtla saat 5:00-dan 21:00-dək, istirahət günləri isə saat 9:00-dan 21:00-dək qüvvədə olacaq. Ödənişli zonaya giriş-çıxışlarda, dirəklərdə, yol göstərici dirəklərində və körpülərdə nəqliyyat vasitələrinə nəzarət etmək üçün elektron detektorlar yerləşdiriləcək.

Bununla belə, nəşr qeyd edib ki, Nyu-Yorkda bu cür tariflərin tətbiqi ideyası illərdir sürücülərin və məmurların müqaviməti ilə üzləşib.

Belə ödənişlərin London, Stokholm və Sinqapurda olduğu məlumdur. Bu şəhərlərdə tariflər nəqliyyatın hərəkətinin, tıxacın və nəqliyyat vasitələrinin atmosferə atılan tullantıların çirklənməsinin azaldılmasında təsirli olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər