Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96.34% təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 0.05 faiz bəndi çoxdur.
“SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət kapitala yatırımlar vasitəsilə davam etdiləcək”, – deyə hesabatda qeyd olunub.