30 iyun 2023-cü il tarixində başa çatan altı ay ərzində baş rəhbərliyə cəmi ödənişlər 850 min manat təşkil edib.
Banker.az şirkətə istinadən xəbər verir ki, 30 iyun 2022-ci il tarixinə ödənişlər 860 min manat olub.
Qrupun baş rəhbərliyinə SOCAR-ın Prezidenti, birinci Vitse-prezident və doqquz Vitse-prezidenti daxildir. Qrupun baş rəhbərliyinin bütün üzvləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əmək haqqı cədvəlinə uyğun olaraq əmək haqqı və mükafatlar, eləcə də Qrupun müəyyən şirkətlərində Direktorlar şurasının üzvləri olduqlarına görə ödənişlər almaq hüququna malikdirlər.