10 C
Baku
Thursday, December 12, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 şirkətə 32 milyon dollarlıq sifariş verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “4 lot üzrə 23 aktiv paketinin təchizatı və quraşdırılması üzrə satınalma tenderinin nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, hazırkı bildiriş Məşğulluğa Dəstək Layihəsi çərçivəsində 23 aktiv paketinin təchizatı və quraşdırılması (tələbə uyğun olaraq) üzrə 9 sentyabr 2022-ci il tarixində imzalanmış Çərçivə Sazişi-2-yə müvafiq olaraq keçirilmiş ikinci satınlama prosesini, qiymətləndirmə nəticələrini və müqavilələrin təltif edilməsi məlumatlarını əks etdirir.  Aktiv paketlərinin təchizatı üçün Çərçivə Sazişi-2 aşağıdakı müəssisələrlə imzalanmışdır:

  1. “Albenafsaj General Trading və Excellent Trade QSC” BM (LOT 1, LOT 2, LOT 3, LOT 4)
  2. “Endless Goods QSC və Yasef MMC” BM (LOT1, LOT3, LOT4)
  3. “Az Nest” QSC (LOT1, LOT 2, LOT 3, LOT 4)
  4. “Megamax” MMC (LOT 2)
  5. “Halal-P” MMC (LOT 2)
  1. “Albenafsaj General Trading və Excellent Trade QSC” BM (LOT 1 hissəli) – Cəmi dəyəri ƏDV daxil olmaqla – 4,467,584.43 ABŞ dolları (dörd milyon dörd yüz altmış yeddi min beş yüz səksən dörd ABŞ dolları və qırx üç sent);
  2. “Endless Goods QSC və Yasef MMC” BM (LOT 1 hissəli) – Cəmi dəyəri ƏDV daxil olmaqla – 2,894,375.04 ABŞ dolları (iki milyon səkkiz yüz doxsan dörd min üç yüz yetmiş beş ABŞ dolları və dörd sent);
  3. “Megamax” MMC (LOT 2) – Cəmi dəyəri ƏDV daxil olmaqla – 2,550,882.70 ABŞ dolları (iki milyon beş yüz əlli min səkkiz yüz səksən iki ABŞ dolları və yetmiş sent);
  4. “Albenafsaj General Trading və Excellent Trade QSC” BM (LOT 3) – Cəmi dəyəri ƏDV daxil olmaqla – 9,447,845.82 ABŞ dolları (doqquz milyon dörd yüz qırx yeddi min səkkiz yüz qırx beş ABŞ dolları və səksən iki sent);
  5. “Az Nest” QSC (LOT 4)- Cəmi dəyəri ƏDV daxil – 12,381,249.42 ABŞ dolları (on iki milyon üç yüz səksən bir min iki yüz qırx doqquz ABŞ dolları və qırx iki sent).

Çərçivə Şazışi imzalanmış iddiaçılar 27 iyul 2023-cü il tarixində müqavilə imzalanması üçün ən rəqabətli qiymət təklifi təqdim etmələri üçün COC 2-ə dəvət edilmişdir.  COC 2 təkliflərinin açılış tarixi və vaxtı 31 avqust 2023-cü il, Bakı vaxtı ilə saat 15:00 müəyyən edilmişdir. Açılış zamanı elan edilmiş qiymətlər aşağıdakı kimidir:

Beləliklə, Çərçivə Sazişi-2 COC 2-in ƏDV daxil cəmi dəyəri 31,741,937.40 ABŞ dolları (otuz bir milyon yeddi yüz qırx bir min doqquz yüz otuz yeddi ABŞ Dolları və qırx sent) təşkil edib.

Son xəbərlər
Digər xəbərlər