“WhatsApp” messencerində yeni funksiyanı sınaqdan keçirir, onun sayəsində iOS istifadəçiləri foto və videoları sıxmadan göndərə biləcəklər. Əvvəllər bu funksiya Android cihazlarının sahibləri üçün təqdim edilmişdi.
Faylı sıxmadan, orijinal keyfiyyətdə göndərmək üçün müvafiq funksiyanı aktiv etmək lazımdır. Foto və ya video göndərərkən, ekranın aşağı hissəsində görünən “orijinal keyfiyyətdə foto və video” seçimini tıklayın.
Xatırladaq ki, daha əvvəl “WhatsApp” bütün istifadəçilərə foto və video faylları HD keyfiyyətində göndərməyə icazə vermişdi. Foto və ya videonu sıxılmış və ya yüksək keyfiyyətdə yükləməyi siz özünüz seçirsiniz.