Bu sözləri report.az saytına müsahibəsində “Bank of Baku”-nun İdarə heyətinin sədri Abbas İbrahimov bildirib.
” Hazırda ayırdığımız kreditlərin 95%-i manatın payına düşür və bu kreditləşməsini əsasən kredit portfelimizdən olan qayıdışların sayəsində aparırıq. Əhaliyə dollar kreditləri ayırmağa üstünlük vermirik”, – deyə Bankın sədri qeyd edib. A.İbrahimov cari ildə “Bank of Baku”nun Mərkəzi Bankdan cəlb etdiyi 40 mln. manat vəsaitin borc deyil, svop əməliyyatı olduğunu əlavə edib: “Biz Mərkəzi Bankda yerləşdirdiyimiz dollar vəsaiti müqabilində manat likvidliyini təmin etmək üçün manat cəlb etmişik, son zamanlarda baş verən dollarlaşma prosesi ilə bağlı bizimlə yanaşı bir çox bank bu alətdən istifadə edib”.
Sədr, həmçinin filialların birləşdirilməsinin gözlənilmədiyini açıqlayıb: “Hazırkı planımıza görə gələn il ərzində filial birləşdirilməsi nəzərdə tutmuruq.