Bəzən uşaqlar mükəmməl şəkildə qurulmuş sual ilə alim və filosofların uzun müddət kompleks mədəniyyətlər və yaxud elmi fenomenlərlə əlaqədər araşdırdığı məsələlərə aydınlıq gətirə bilirlər.
1936-cı ildə Nyu-Yorkda altıncı sinifdə oxuyan bir qız Albert Eynşteynin özünə məktub yazır.
«Hörmətli Eynşteyn!
Məktəbdə dərs zamanı bizdə belə bir sual yarandı: alimlər dua edirlərmi? Bu sualımızdan digər bir sual da törənmişdi: biz eyni zamanda həm elmə, həm də dinə inana bilərik mi? Hal-hazırda biz digər alimlərə və elm sahəsində görkəmli şəxslərə məktub yazırıq və onların bizim məktubumuza cavab verəcəklərinə ümid edirik. Siz bizim sualımızı cavablandırsanız, bu bizim üçün böyük bir şərəf olacaq. Alimlər dua edirlər? Edirlərsə, nə haqda edirlər?
Hal-hazırda mən altıncı sinifdə, missis Ellisin sinifində oxuyuram.
Hörmətlə Fillis».
Beş gündən sonra Eynşteyn məktubu lakonik olaraq cavablandırır. Eynşteynin cavabı bu sual ətrafında Karl Saqanın və yaxud Klavdiy Ptolemeyin düşüncələri ilə yanaşı ahəngdar görünürdü.
«Hörmətli Fillis, Mən sənin sualına bacardığım qədər sadə dildə cavab verməyə çalışacağam.
Mənim cavabım:
Alimlər bütün hadisələrin və hətta insanların fəaliyyətlərinin təbiətin qanunları sayəsində baş verdiklərini hesab edirlər. Bu səbəbdən hər hansısa bir alim hadisələrin gedişatına duaların təsir edəcəyini düşünmür. Buna baxmayaraq etiraf etməliyik ki, bizim fövqəltəbii güclər haqqında biliklərimiz bəsitdir. Buna görə həyatımızın sonu və vahid ruh haqqında inanclarımız imana əsaslanır. Elmin müasir inkişafına baxmayaraq, bu inanclar bütün dünyada geniş yayılıb.
Bundan savayı, elmin dərinliklərinə varan hər bir şəxs fövqəltəbii bir ruhun, insan ruhun dəfələrlə güclü bir ruhun Bəşəriyyətin qanunlarını idarə etdiyinə əmin olur.
Beləliklə, elm ilə məşğul olmaq insanda digər sadəlövh dini hisslərdən fərqlənən xüsusi bir növ dini hissin yaranmasına gətirib çıxardır.
Hörmətlə, sizin A. Eynşteyn».