Slovakiya Ukraynaya 671 mln. avroluq hərbi yardım göndərib

Bratislava Kiyevə 671 milyon avro dəyərində hərbi yardım paketi ayırıb.

Yardım paketinə Slovakiya Hərbi Hava Qüvvələrində silahlanmadan çıxarılan MiQ-29 qırıcı təyyarələrindən ibarət eskadrilya və S-300 hava hücumundan müdafiə sistemi daxildir.

Bundan əlavə, kommersiya müqaviləsi əsasında Ukrayna Silahlı Qüvvələrinə səkkiz ədəd “Zuzana-2” özüyeriyən haubitsa tədarük olunub. Eyni zamanda, 16 ədəd “Zuzana-2” haubitsasının Kiyevə tədarükü üzrə 93 milyon avro dəyərində müqavilə həyata keçirilir. Bunun üçün vəsait Danimarka, Norveç və Almaniya tərəfindən ödənilib.

Qeyd edək ki, “Zuzana-2” haubitsaları Slovakiya Silahlı Qüvvələrinin arsenalına 2021-ci ildən daxil edilib. 155 millimetrlik özüyeriyən artilleriya qurğusunun atəş məsafəsi təxminən 50 kilometrdir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər