10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanın təbii qaz operatorları nəqldən 2 mlrd. manata yaxın gəlir əldə ediblər

Azərbaycanın qaz nəql edən şirkətləri 2023-cü ilin ilk üç rübü ərzində əsasən fəaliyət istiqamətindən 1 mlrd. 891.7 mln. manat həcmində gəlir əldə ediblər.

Banker.az xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz yuxarı göstəricidir. Ötən ilin eyni dövründə şirkətlər qaz nəqlindən 1 mlrd. 706.4 mln. manatlıq gəlir əldə etmişdilər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 9 ayında 29.43 milyared kub-metr həcmində qaz nəql edilib ki, bunun da 16.42 mlrd. kub-metri Cənubi Qafqaz Boru Kəməri vastitəsi ilə reallaşıb.

Ötən ilin eyni dövründə CQBK ilə 15.2 mlrd. kub-metr təbii qaz nəql edilmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər