5-6 dekabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin AZ1002002884 dövlət qeydiyyat nömrəli 500 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
Bu barədə Banker.az-a BFB-dən məlumat daxil olub.
Abunə yazılışı zamanı anderrayterə 4 investor tərəfindən 2.45 manat qiymətindən 5 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 000.90 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 000.90 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.