6 C
Baku
Sunday, December 15, 2024

Şəxsiyyət vəsiqələrinin verilməsi üçün yeni dövlət rüsumları sabahdan qüvvəyə minir

Sabahdan şəxsiyyət vəsiqələrinin verilməsi üçün tətbiq olunan rüsum yenilənir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu il dekabrın 1-dən qüvvəyə minəcək “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödəniləcək.
bizimyol
Son xəbərlər
Digər xəbərlər