Rusiya səfiri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, “Callisto” haker qrupu ilə əlaqəsi olduğu iddia edilən 2 rusiyalıya qarşı sanksiyalar tətbiq edildikdən sonra səfir Andrey Kelin XİN-ə çağırılıb.
Diplomat Rusiya hökumətinin məsələni qaldırması və Böyük Britaniyaya siyasi müdaxilənin qəbuledilməz olduğunu vurğulamaq üçün çağırılıb.