“Bloomberg”in məlumatına görə, “SpaceX”in qurucusu və əsas sahibi İlon Mask şirkətdəki kiçik bir payı kənar investorlara satmaq üçün danışıqlar aparır. Agentlik adı açıqlanmayan məlumatlı mənbələrə istinadən xəbər verir ki, danışıqlar zamanı şirkət təxminən 175 milyard dollar dəyərində qiymətləndirilib.
Həmçinin bildirilir ki, “SpaceX”in səhmlərinin bir hissəsinin satışı ilə bağlı təklif İlon Maska yfyda göndərilib, daha sonra şirkət 150 milyard dollar dəyərində qiymətləndirilib. “SpaceX” özü danışıqları və onun dəyərinin qiymətləndirilməsi ilə bağlı xəbərləri şərh etmir. “Bloomberg” qeyd edir ki, “SpaceX”in hazırkı qiymətləndirməsi onu “T-Mobile USA” (179 milyard dollar), “Nike” (177 milyard dollar) və “China Mobile” (176 milyard dollar) kimi korporasiyalarla birlikdə dünyanın ən dəyərli 75 şirkəti sırasına daxil edir.