“WhatsApp”a səsli mesajlarla bağlı yeni funksiya gəlib. Məlumata görə, dinlədikdən sonra səsli mesajların avtomatik silinməsi işə düşüb. Xatırladaq ki, daha əvvəl bu funksiya yalnız foto və video üçün olub. Yenilik yaxın bir neçə gündə bütün istifadəçilər üçün əlçatan olacaq.
Səsli mesajın dinlədikdən sonra avtomatik sislinməsini təmin etmək üçün göndərmə zamanı ekranın aşağı hissəsində görünən “1” işarəsini sıxmağınız lazımdır.
Messencerin ən son yeniliklərindən biri də elektron poçtu hesabla əlaqələndirməyə imkan verən funksiyadır. Ekspertlər bildirirlər ki, bu, istifadəçilərin SMS vasitəsilə kodu almaqda müvəqqəti çətinliklərlə üzləşdiyi hallar üçün nəzərdə tutulub.