3 C
Baku
Saturday, December 14, 2024

BVF Çin yuanını ehtiyat valyuta siyahısına daxil edib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Çin yuanının BVF-nin Xüsusi Borcalma Hüququ (SDR) valyuta səbətinə əlavə edilməsi barədə qərar qəbul edib. Bununla da Çin yuanı ABŞ dolları, Böyük Britaniya funt sterlinqi, avro və Yaponiya yenindən sonra BVF-nin 5-ci ehtiyat valyutası olub.

Bu qərardan sonra Çin yuanının SDR səbətindəki payı 10,92 faiz təşkil edəcək. Dollar 41,73 faiz, avro 30,93 faiz, yen 8,33 faiz və funt sterlinq 8,09 faiz paya malikdir.

BVF-nin icraçı direktoru Kristin Laqard bəyan edib ki, Fondun bu qərarı Çin iqtisadiyyatının dünya maliyyə sisteminə inteqrasiyası istiqamətində vacib mərhələdir.

Qeyd edək ki, 1969-cu ildə qüvvəyə minən SDR Fonda üzv ölkələrə səbətə daxil olan pul vahidlərindən biri ilə borc almaq hüququ verir.

Çin Xalq Bankı BVF-nin bu qərarını alqışladığını bəyan edib.

Azertag

Son xəbərlər
Digər xəbərlər