10 C
Baku
Wednesday, December 11, 2024

Portfelinə ölkənin ən iri “mallar” daxil olan “PAŞA Malls”ın kapitalı kəskin artırılıb

“PASHA Holding” MMC-nin strukturunda olan ölkənin ən böyük ticarət mərkəzləri (mall) qrupu “PAŞA Malls” MMC-nin (PASHA Malls) nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, “PAŞA Malls” MMC-nin nizamnamə kapitalı 100 manatdan 2 814 776.5 manata yüksəldilib.

“PAŞA Malls” MMC kimi 2021-ci ilin sentyabrında qeydiyyata alınıb.  Ölkənin ilk və ən böyük ticarət mərkəzləri qrupudur. Hazırda şirkət ümumilikdə 7 ticarət və əyləncə mərkəzini idarə edir: bunlardan 6 ticarət mərkəzi Bakı şəhərində, biri isə ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində yerləşməkdədir.

Qrupun portfelinə Bakının yeganə lüks ticarət mərkəzi olan – “Port Baku Mall”, “Dəniz Mall”, ölkənin ilk ticarət mərkəzlərindən biri – “28 Mall”, ən böyük beynəlxalq və yerli brend miks destinasiyası “Gənclik Mall”, Bakının mavi səmasına açılan geniş tavanlı yeganə ticarət mərkəzi – “Amburan Mall”, şəhərdən kənarda yerləşən – “Şüvəlan Park”; Gəncənin ən dəbdəbəli və müasir ticarət mərkəzi – “Gəncə Mall” daxildir.

Son xəbərlər
Digər xəbərlər