11 C
Baku
Monday, November 25, 2024

UNİBANKda Private Banking xidməti necə qurulub?

Unibank-ın fərdi bankçılıq (Private Banking) xidməti müştərilərin ehtiyac və maraqlarının maksimal dərəcədə qarşılanmasına yönəlib. Böyük kapitalların idarə olunması – Private Banking Unibank-da 2008-ci ilin noyabr ayından fəaliyyət göstərən  və yüksək bank xidmətlərini özündə  birləşdirən, həmçinin Azərbaycan və beynəlxalq maliyyə xidmətləri bazarlarında baş verən tendensiyaları daim diqqətdə saxlayan mükəmməl xidmətdir. Tam məxfilik və müştəri – bank arasında şəxsi münasibətlər əsasında qurulan bu bank xidməti haqda yazılara və ya müsahibələrə də az hallarda rast gəlmək olar. Unibank-ın “VİP-müştərilərilərə xidmət departamenti”nin rəhbəri Nərminə Əkbərova isə bu haqda fikilərini səmimi və eyni zamanda məxfilik prinsiplərini qoruyaraq  bölüşüb.

  • Nərminə xanım, Private Banking (fərdi bankçılıq) özündə nələri əhatə edir?

Private Banking adlanan  və zəngin müştərilər üçün nəzərdə tutulan şəxsi bank xidmətləri sistemi, üç əsr əvvəl yaranıb.  Təbii ki, bu xidmət digər bank xidmətləri kimi zamanla müəyyən dəyişikliklərə məruz qalıb.  Qeyd edim ki, bu gün müasir fərdi bankçılıq xidməti qərb modeli çərçivəsində olduğu kimi, təkcə imkanlı müştərilərə xidmət göstərməklə məhdudlaşmır. Müasir fərdi bankçılıq xidmətinin birinci və əsas məqsədlərindən  biri – müştərinin maliyyə sabitliyinin təmin edilməsi və kapitalın qorunması və artırılması ilə nəsildən-nəsilə ötürülməsidir. Bu nəticələrin əldə olunması üçün isə müştəri və bank arasında  inam və etibar  üzərində qurulan  münasibətlər olmalıdır ki, bu da zəngin insanların tələblərinə cavab verə biləcək eksklüziv servis sayəsində formalaşır.

  • Ölkəmizdə bu xidmət çox az sayda banklarda mövcuddur. Müştərilərə fərdi bankçılıq xidməti göstərən banklardan biri də Unibankdır. Bankınızda private banking sistemi necə qurulub?

Unibank kifayət qədər uzun müddətdir ki, fəaliyyət göstərir və bu müddət ərzində  ətrafına çoxlu müştəri toplaya bilib. Biz o müştəriləri nəzərdə tuturuq ki, bankımıza loyal olmaqla yanaşı, həm də olduqca imkanlı şəxslərdir. 2008-ci ildə bank rəhbərliyi bu növ  insanlarla işləyəcək bir xüsusi departamentin yaradılmasına qərar verdi. Bizim əsas vəzifəmiz müştərilərə çevik və fərdi xidmət göstərməkdən ibarətdir. Biz öz müştərilərimizə münasibətdə yalnız bankir deyil, həm də dost olmağa çalışırıq. Onların  bank suallarının həlli ilə yanaşı, həm də məişət və  texniki suallarının da həllinə kömək edirik, həmçinin  konsultasiya xidməti ilə təmin edirik.

  • Fərdi bankçılıq xidmətində Unibank öz müştərilərinə hansı üstünlükləri təqdim edir?

 Müştərilərimizin sahib olduqları əsas üstünlüklər- sürət, məxfilik və məsələlərin sadə həll olunmasıdır. Sistem elə qurulub ki, hər müştərinin öz şəxsi  meneceri var. Bu, müştərinin 24 saat ərzində əlaqə saxlaya biləcəyi insandır. Şəxsi menecer, müştərinin məqsədlərinə uyğun olaraq, onlarla birgə bir sıra təkliflər üzərində işləyir. Müştəri qərar verir,  şəxsi menecer isə ona bu işdə öz peşakarlığı və loyallığı ilə yardımçı olur.  Biz müştərilərimizə yalnız iş günləri deyil, həftə sonları və bayram günləri də xidmət göstəririk. Bir sözlə – fərdi bankçılıq xidməti Unibank-da elə qurulub ki, müştəri hər zaman özünü rahat hiss etsin.

  • Müştəriyə xidmətin formasını necə müəyyənləşdirirsiniz?

Xidmətin ardıcıllığını müştəri ilə onun maliyyə məqsədlərini və risk ehtimalını müəyyənləşdirən görüş formalaşdırır. Şəxsi görüş zamanı biz müştərinin ehtiyaclarını müəyyən edir, onu xidmət təşkilatı ilə tanış edirik, həmçinin  onun üçün şəxsi menecer-məsləhətçi seçirik. Xüsusi vurğulamaq istərdim ki, hər bir müştəri bizim üçün unikaldır. Bu səbəbdən bizim əsas fəaliyyətimiz müştərinin ehtiyaclarının aydın  şəkildə müəyyən edilməsindən və onların reallaşdırılması üçün fərdi qərarların təqdim edilməsindən ibarətdir.  Bizim  üçün işimizdə ən mühüm olan müştəridir: onun məqsədləri, maraqları və istəkləridir. Bizim xidmət paketimiz müştərilərin sorğusundan asılı olaraq daim dəyişir və artır. Çünki nə zaman, nə də müştərilər eyni yerdə dayanmır. Bizim bu günkü Private Banking xidmətimizə kapitalın idarə olunmasından və  müştərilərin özəl əməliyyatlarının maliyyələşdirilməsindən  tutmuş, daşınmaz əmlak və torpaq sahələri ilə bütövlükdə müşahidə olunan əməliyyatlaradək, şəxsi və əmlak sığortalarının fərdi sxemləri və s. kimi xidmətlər daxildir. Bundan başqa, bizim müştərilər sırasında  Visa Infinite  kart sahibləri də var. Bildiyiniz kimi, Visa Infinite kartları Visa International ödəniş sisteminin ierarxiyasında ən yüksək mövqe tutur. Bu kartın əsas üstünlükləri xaricə ölkədə sığorta xidmətləri ilə bağlıdır (tibbi sığorta, baqajın itirilməsi ilə bağlı  sığorta,uçuşun gecikməsi ilə bağlı sığorta və s. ). Eləcə də konsyerj xidməti, hansı ki müştərilərimizi müxtəlif istəklərini yerinə yetirməyə hazırdır – ən dəbdəbəli restoranlarda masa bronundan tutmuş,  kart hesabı ilə bağlı lazımı əməliyyatların həyata keçirilməsinə qədər. Bizim müştərilərimiz bu xidmətdən tamamilə pulsuz olaraq 24 saat ərzində, həftənin 7 günü və dünyanın istənilən nöqtəsində  istifadə edə bilərlər.  Həmçinin VIP-müştərilər üçün  depozit və kredit xidmətlərinə dair sərfəli imkanlar da  mövcuddur. Qeyd edim ki, depozit üzrə faiz dərəcələri əmanətin məbləğindən və müddətində asılı olaraq dəyişir.

Biz daima  müştərilərimizin istəklərini nəzərə alaraq, onlara fərdi yanaşma və ciddi məxfilik  üzərində qurulmuş  mükəmməl xidmət təklif edirik.

  • Müştərilərlə münasibətdə ən əsas olan nədir?

Bizim əsas dəyərimiz- müştərilərimizdir. Bizim işimiz müştərilərin rifahının artırılmasına yönəldilib.  Müştərilərimizlə etibarlı münasibətlər – bizim işimizin başlıca və əsas prinsipidir.

Son xəbərlər
Digər xəbərlər