1 C
Baku
Saturday, December 14, 2024

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən xəbərə görə, Agentlik tərəfindən Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Rövşən Afiq oğluna məxsus stomatoloji klinikada sahibkarın müraciəti əsasında keçirilmiş yoxlama tədbirləri zamanı rentgen aparatının istismarı ilə əlaqədar radiasiya təhlükəsizliyi tələblərinin pozulması faktı aşkar edilib.

Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan stomatoloji klinikada istifadə edilən rentgen aparatının istismarı dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər