13 C
Baku
Friday, November 22, 2024

“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” – Paşinyan

“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi”.

“Ria Novosti”yə istinadən xəbər verilir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Paşinyan bildirib ki, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib:

“Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi”.

Son xəbərlər
Digər xəbərlər