Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq mümkündür.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının “Dərman vasitələri” bölməsində “pdf” formatında yerləşdirilib. Bu isə, həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.
Qeyd edək ki, yeni dərman vasitələrinin