Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132.1 milyon manatdan çox olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 milyon manat və ya 12.2% çoxdur.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21.3% artaraq 39.9 milyon manat təşkil edib.
Bu ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16.5% artaraq 3.5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21.9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5.8% artıb.