3 C
Baku
Saturday, December 14, 2024

Bakı restoranlarında yeni il qiymətləri “əl yandırır” – Qiymət 100 manatdan başlayır

Yeni ilə sayılı günlər qaldığından restoranlarda yer tapmaq müşkülə çevrilib. Təklif olunan qiymətlər isə necə deyərlər, əl yandırır.

Yəni paytaxt restoranlarında fərqli ab-havada təzə ili qarşılamaq istəyənlər üçün depozit bir nəfər üçün minimum 100 manatdan başlayır. Tələb olunan qiymət dəyərində sifariş verib-verməməyinizin isə heç bir önəmi yoxdur. Müəyyən olunan qiymət ödənməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu qanun pozuntusu hesab edir.

“Müştəri ilə xidmət göstərən arasında müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərində istehlakçının istifadə etmədiyi xidmət üçün ödədiyi pulun qaytarılması məsələsi öz əksini tapmalıdır”, – deyə Eyyub Hüseynov bildirir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər