Sumqayıtda akkumlyatordan pul qazanan şirkət “Az-Lead” MMC 2023-cü ilin 1-ci yarımilliyini 571 min ABŞ dolları həcmində xalis mənfəət əldə edib.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Az-Lead” MMC-nin satışdan gəlirləri 4 milyon 691 min ABŞ dolları, satışların maya dəyəri 7 milyon 790 min ABŞ dolları olub.
Hesabat dövründə şirkətin cəmi aktivləri 5 milyon 88 min ABŞ dolları, cəmi kapitalı 2 milyon 887 min dollar, cəmi öhdəlikləri isə 2 milyon 200 min dollar təşkil edib.
“Az-Lead” MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir. “Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.