Türkiyənin ilk yerli elektromobili “Togg”un sedan modeli də istehsal olunacaq.
Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlayıb. Nazir yeni modelin 2024-cü ilin sonunda təqdim ediləcəyini, 2025-ci ildə isə istehsala başlanacağını bildirib.
Qeyd olunub ki, yenə 2025-ci ildə Türkiyənin milli elektromobilinin Avropaya ixracı başlayacaq.