ABŞ Energetika Nazirliyi 2023-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 83.99 dollardan 82.4 dollaradək azaldıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2024-cü ildə neftin qiyməti 82.57 dollar təşkil edə bilər (öncəki proqnoz – 93.24 dollar).
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 77.63 dollar (öncəki proqnoz – 79.41 dollar), 2024-cü ildə isə 78.07 dollar (öncəki proqnoz – 89.24 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.