13 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti sentyabrın ortalarından bəri ən aşağı səviyyəyə düşüb

Avropada qazın qiyməti sentyabrın ortalarından bəri ən aşağı səviyyəyə düşüb və 1 MVt/saat üçün 34.05 avro və ya min kubmetr üçün 385.41 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 13:00-a qədər birjada Avropa qazının qiyməti 1 MVt/saat üçün 35 avroya (+0.9%) və ya hazırkı məzənnə ilə min kubmetr üçün 396 dollara yüksəlib.

“Bloomberg” agentliyinin qeyd etdiyi kimi, Avropada temperaturun artması ilə bağlı proqnozlar istilik yanacaqlarına tələbatı aşağı saxlayır və bu mövsüm enerji təchizatı ilə bağlı narahatlıqları azaldır. Nəticədə Avropada qazın qiyməti son iki ayda ən aşağı səviyyəyə düşüb.

Son xəbərlər
Digər xəbərlər