SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsinin nizamnamə kapitalı iki dəfəyə yaxın artırılıb.
Banker.az xəbər verir ki, “SOCAR-STP” MMC-nin nizamnamə kapitalı son əməliyyat zamanı 10 milyon manatdan 19.69 milyon manata yüksəldilib.
Bu da kapitala 9.69 mln. manat və ya 97% əlavə kapital qoyuluşudur.
Xatırladaq ki, birgə müəssisə “SOCAR-STP” MMC 2020-ci ilin aprelində təsis edilib. Birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatın idarəçiliyini həyata keçirir.
Hazırda nizamnamə kapitalının 8.5%-i SOCAR-a, qalan 91.5%-i STP-yə məxsusdur.