Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 752.2 min manat, təkcə noyabr ayında isə 100.1 min manat ƏDV məbləği geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bildirilib.
Məlumata görə, yanvar ayı ilə müqayisədə noyabr ayında istehlakçılara qaytarılan məbləğ 4.8 dəfə artıb.
Naxçıvanda eni nəsil nəzarət-kassa aparatlarının tətbiqi istiqamətində işlər davam etdirilir. Bu il dekabrın 1-nə muxtar respublikada 2 554 ədəd yeni nəsil aparat quraşdırılıb. Yanvar-noyabr aylarında belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 205.5 milyon manat olub.