13 C
Baku
Friday, November 22, 2024

Avstriya Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə mane olan tələblərini geri götürüb

Avstriya hakimiyyəti Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə texniki etirazlarını geri götürüb, bu barədə “Politico” yazıb. “Reuters”in məlumatına görə, daha əvvəl Avstriya “Raiffeisen Bank International” maliyyə qrupuna qarşı məhdudiyyətlər səbəbindən sanksiyaların qarşısını alıb.

Avstriya “daxili yoxlamalar” aparmaq istədiyi üçün sanksiyalar paketi üzərində işi dayandırıb. Üç avropalı diplomat nəşrə təsdiqləyib ki, Avstriya sanksiyaların qəbuluna mane olan tələblərini geri götürüb.

Bu ilin yazında Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi 2023-cü ilin martında “Raiffeisen Bank”ı Rusiyada fəaliyyətini davam etdirmək üçün müharibənin sponsorları siyahısına daxil edib. “Reuters” yazıb ki, Avstriya yeni sanksiyalara dəstək müqabilində “Raiffeisen”i Ukraynanın qara siyahısından çıxarmağa çalışır.

12-ci sanksiyalar paketi qaynaq maşınlarının, kimyəvi maddələrin, müdafiə texnologiyalarının və proqram təminatının lisenziyalaşdırılmasının ixracına təsir göstərə bilər. 2024-cü il yanvarın 1-dən Rusiya brilyantlarının və onlardan hazırlanmış zinət əşyalarının ixracına qadağa qoyulması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər