10 C
Baku
Saturday, November 23, 2024

Paşinyanla Overçuk Cənubi Qafqazda kommunikasiyaların açılmasını müzakirə edib

Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

İrəvanda keçirilən görüşdə Paşinyanın müavini Mqer Qriqoryan da iştirak edib.

Tərəflər Rusiya Federasiyası və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ikitərəfli münasibətləri və Avrasiya İqtisadi Birliyi formatında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması imkanlarına toxunulub.

Paşinyan qeyd edib ki, Ermənistan hökuməti “Sülh kəsişməsi” layihəsini təqdim edib və suverenlik, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında regional nəqliyyat infrastrukturunu açmağa hazırdır.

Qeyd edək ki, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası bu gün İrəvanda keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər