Polşanın Müdafiə Nazirliyi 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında keçmiş Prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.
Bu barədə ölkənin yeni müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Yaxın vaxtlarda ləğv edilmiş komissiyanın fəaliyyətinin bütün aspektlərini təhlil etmək üçün xüsusi qrup yaradılacaq”, – müdafiə nazirinin bəyanatında deyilir.
Müdafiə nazirinin müavini Sezar Tomçik isə bildirib ki, komissiyanın ləğvi qəzanın təhqiqatı ilə heç bir əlaqəsi olmayan fəaliyyətlərə səmərəsiz vəsait israfına son qoyulması deməkdir.