12 C
Baku
Monday, November 25, 2024

Azərbaycana ən çox investisiya yatıran ölkələr açıqlandı

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372,2 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% və ya 205,6 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 577,8 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycana ən çox xarici investisiya Britaniya və Türkiyədən yatırılıb. Hesabat dövründə Azərbaycana Britaniyadan 1 milyard 367 milyon dollar, Türkiyədən isə 872,9 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə müvafiq olaraq 8,2% və 16% çoxdur.

Son xəbərlər
Digər xəbərlər