11 C
Baku
Monday, November 25, 2024

Aİ-nin Ukraynaya yardımla bağlı fövqəladə sammiti keçiriləcək

Ukraynaya 50 milyard avro yardımın ayrılması üçün 2027-ci ilə qədər çoxillik büdcəyə düzəlişlər üzrə Avropa İttifaqının (Aİ) fövqəladə sammiti keçiriləcək.

Bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Avropa İttifaqının çoxillik büdcə ilə bağlı fövqəladə sammiti fevralın 1-də keçiriləcək. Ukraynaya yardımı təsdiqləmək üçün Macarıstanı razı salmağa bir az daha vaxt lazımdır”, – o bildirib.

Qeyd edək ki, dekabrın 14-15-də keçirilən sammitdə Aİ liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını formalaşdırmaq üçün çoxillik büdcə və Aİ ölkələrinin əlavə töhfələri ilə bağlı razılığa gəlməyiblər. Nəticədə Ş.Mişel 2024-cü ilin əvvəlində bu mövzuda yeni sammitin keçiriləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər