Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs Yol Xətt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 5.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) yol xətlənməsi (maşın ilə (borum ilə))”nin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5.525.382,54 AZN-dir.