Istər qara gün, istərsə də qocalıq, iri miqyaslı alış-veriş və ya digər məqsədlərə görə pul yığmamaq üçün həmişə bəhanə və bəraət tapmaq çox asandır. Lakin pullara olan ağılsız münasibət arzuolunmaz maliyyə problemlərinə gətirib çıxara bilər.
“Qənaət etmək şüuraltı formalaşıb, – Wealth Management LLC-in rəhbəri Bob Morrison hesab edir. – çox və az qazanmağın heç bir aidiyyəti yoxdur. Ən əsası qazancın müəyyən faizi həddində yaşamağı bacarmaq və pulun artıq qalan hissəsini öz məqsədləriniz üçün yığmaqdır”.
İnsanların pula qənaət etməmək üçün fikirləşdikləri ən mənasız bəhanələrlə tanış olun və onların nə üçün işləmədikləri barəsində öyrənin.
Mənim pul yığmağa haqqım yoxdur – borclarımı qaytarıram. Insanlar işləyir və pul qazanırlar, onlar müəyyən şərtlər daxilində yaşamaq və daha münasib maşında gəzmək istəyirlər, buna görə də bir çoxları boğazına qədər borcun içinə girir və ya kredit götürürlər. Özlüyündə insan borclardan daha tez canını qurtarmaq və yığımlarını formalaşdırmaq istəyir. \bunu etmək üçün isə “yaxşı vaxtları” gözləməyə ehtiyac yoxdur, elə indidən başlayın.
Gələn ildən (gələn ay, gələn bazar ertəsi…) mən daha çox qazanmağa başlayacam. Belə bir mühakimənin çatışmazlığı səhərin açılacağına əmin ola bilməməyinizdədir. Heç kim əmin ola bilməz ki, sabah özü ilə yeni maddi xərclər gətirən heç bir gözlənilməz hadisə baş verməyəcək. Morrison dərhal hesabınıza pul qoymağı məsləhət görür, çünki onlar dövriyyədə olmalı və qoyduğunuz kapital faiz gətirərək artmalıdır.
Mən pul yığmaq üçün çox yaşlıyam. Pul yığmaq heç vaxt gec deyil. “Keçmiş haqqında fikirləşməyin, bu konstruktiv deyil. Bunun əvəzinə hazırkı davranış, düşüncə və mövqeyinizi dəyişin, və sabahkı gün haqqında fikirləşməyə başlayın”,- Morrison hesab edir.
Mən böyük mirasa ümid edirəm. Zəngin valideynləri olanlar əsasən böyük miras alacaqlarına ümid edirlər. Bu yaxın qohumlarına qarşı münasibətdə nəinki etik deyil, həm də yetəri qədər sadəlövhlükdür.Hətta miras sahibi olacağınızı hesab etsək belə, məsələ bundadır ki, bu mirası alana qədər sizin pula bir neçə dəfə ehtiyacınız olacaq və əgər nəzərə alsaq ki, insanların əksəriyyəti kifayət qədər uzun yaşayır, onda sizin planlarınız bir az uzana bilər.Pullar burda və indi olmalıdır, o sizə və sizin ailənizə işləməlidir. Eləcə də yaşlı nəsil nümayəndələrinin qulluq və müalicəsi ilə bağlı əlavə xərcləri də istisna etmək olmaz. Ona görə də mirasa ümid bəsləmək adında variant olma bilməz.
Bankda faizlər aşağıdır. Aşağı faiz dərəcəsi pul yığmağa mane olmamalıdır. Bu təsəlliverici olmasa da, hesabdakı pullar “maya qatılmış xəmir deyil”, ona görə də onların sürətlə artmasına ümid bəsləməyin. Məqsədiniz müəyyən ehtiyat toplamaq və ehtiyac yarandıqda ondan istifadə etmək olmalıdır.