14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan dəmiryolu daşıma tariflərində Türkiyə daşıyıcıları üçün endirimlər tətbiq edib

Dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla Baş naziri Əli Əsədov arasında görüşdə nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib.

Eyni zamanda nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmiryolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb.

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmiryolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər