15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan 11 ayda Gürcüstanın ən böyük idxalçısı olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787.8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da adıçəkilən ölkənin ümumi ixracının 14.1%-i deməkdir.

Bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32.3% artıb.

Siyahıda 2-ci yerdə 710.7 milyon ABŞ dolları ilə Ermənistan və 649.2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb.

11 ay ərzində Gürcüstan 5 milyard 584.3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80.5%-i 10 ölkənin payına düşüb.

Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28.5 milyon ABŞ dolları olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər