20 C
Baku
Saturday, September 21, 2024

Neft-qaz sahəsində fəaliyyətdə olan “GL LTD”də baş direktor təyin edilib

Azərbaycanda neft-qaz yataqların idarəedilməsini həyata keçirən “GL LTD”nin İnsan resursları və təlim və inkişaf üzrə vitse-prezidenti Fəridə Ağayeva 7 yanvar 2024-cü il tarixindən etibarən İnsan resursları üzrə baş direktor vəzifəsinə təyin ediləcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

F.Ağayeva 2021-ci ilin noyabrından “GL LTD”də çalışır. Bu dövrdən öncəki son 13 ilini “Baku Steel Company” QSC-də müvafiq sahə üzrə çalışıb. Son 8 ilini BSC-nin baş direktorunun müavini və eləcə də İnsan resursları departamentinin direktoru kimi çalışıb.

“Fəridə xanım yeni vəzifəsində birbaşa olaraq GL şirkətinin Baş icraçı direktorunun tabeliyində fəaliyyət göstərməyə davam edəcəkdir”- deyə, şirkət qeyd edir.

Xatırladaq ki, “GL LTD” MMC 2019-cu ilin aprelində yaradılıb və “GL International LTD”nin törəmə şirkətidir. 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar SOCAR ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanmışdır.

 

Son xəbərlər
Digər xəbərlər