Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb.
O, bu barədə açıqlamasında məlumat verib.
Keçmiş nazir namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərini bir qədər sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb.