Danimarka Ukraynadan gələn hər kəsin Danimarkada qala biləcəyini bəyan etmək niyyətində deyil. Ukraynalı qaçqınlar müharibə başa çatdıqdan sonra evlərinə qayıtmalıdırlar”.
Bunu Danimarkanın immiqrasiya naziri Bek deyib.
O bildirib ki, Ukrayna öz vətəndaşlarının geri qayıtmasına maraqlı olmalıdır və Danimarka da buna hörmət etməlidir:
“Ukraynadan olan qaçqınların Danimarkada qalma müddətinin uzadılmasının əleyhinəyəm. Onlara yaşamaq və işləmək icazəsini təmin edən qanun 2025-ci ilin mart ayına qədər qüvvədədir. Bu qanunun müddəti bitdikdən sonra yaşayış icazəsi olan 30 278 ukraynalı yenidən Danimarkadan sığınacaq üçün müraciət etməli olacaq”.