İran Rəşt-Astara dəmir yolunun tikintisi üçün Rusiya hökumətindən kredit götürəcək və razılaşma əsasında layihəyə 2024-cü ilin əvvəlində başlanılacaq.
Bunu İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.
Əfəndizadənin sözlərinə görə, İranın Yollar və Şəhərsalma Nazirliyinin iki böyük layihəsi var ki, bunlardan biri Milli Mənzil Hərəkatının dörd il ərzində 4 milyon mənzil tikilməsi, ikincisi isə Şimal-Cənub və Şərqi birləşdirəcək İran Yolu layihəsidir.