Avropa İttifaqının altı ölkəsi Ukraynanın təhlükəsizlik zəmanətləri bəyannaməsinə qoşulmaqdan imtina edir,
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müavini Andrey Sibiqa deyib.
Həmin ölkələr Avstriya, Polşa, Macarıstan, Slovakiya, Xorvatiya və Maltadır.
“Düşünürəm ki, bütün bu dövlətlərin bəyannamənin tərəfi olmaq üçün siyasi iradəsi var”, – deyə Sibiqa bildirib.
Eyni zamanda, ofisin rəhbəri Andrey Yermak iddia edir ki, 30-dan çox ölkə Ukraynanın təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə qoşulub, onlardan 15-i ikitərəfli sazişlər üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.