Türkiyənin ixracat həcmi ilin sonunadək 255 milyard dolları ötəcək.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən “Türkiyə – Özbəkistan Biznes Forumu”nda çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2002-ci ildən bu günədək Türkiyənin xarici ölkələrə ixracatı 7 dəfədən çox artıb.
C. Yılmaz, Özbəkistanla Türkiyə arasında da iqtisadi əməkdaşlığın dərinləşdiyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Türkiyə Özbəkistanın ən çox məhsul ixrac etdiyi 3-cü ölkədir. O, əlavə edib ki, iki ölkə arasında ticarət həcmi isə 3.5 milyard dollara çatıb.