22 yanvar 2024-cü il “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
– 2024-2026-cı illər üzrə “Kapital Bank” ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat;
– Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi haqqında;
– Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Bankın səhmdarları “PAŞA Holdinq” MMC (99.89%) və fiziki şəxslərdir (0.11%).