Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.
Banker.az bunu Report agentliyinə istinadən xəbər verir.
Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərdə idi və ötən gün səfəri başa çatıb.