Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.
Bu barədə “Helsingin Sanomat” (HS) nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, tətillər Kilpilahti və Kokkola sənaye rayonlarında, o cümlədən “Neste” neft emalı şirkətinin zavodlarında keçiriləcək.
Bildirilib ki, bəzi zavodlarda iş fəaliyyəti dayandırılacaq.
Qeyd olunur ki, 7 minə yaxın insanın iştirakı gözlənilir. Etiraz aksiyalarının keçirilməsinə səbəb işçilərin hökumət islahatlarından narazılığıdır.