“Embafinans”ın İdarə Heyətinə təyinat

BOKT “Embafinans” QSC-nin ümumi yığıncağın qərarı ilə İdarə Heyətinin sədr müavini vəzifəsinə Nahid Hüseynov Şahin oğlu təyin edilib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-dən bildirilir.

Qeyd edilib ki, 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb,  2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

2023- cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvi təyin olunub.

“Embafinans ailəsi öz növbəsində Nahid Hüseynovun səriştəsinə, təcrübə və professionallığına əmin olub, bu yolda ona uğurlar arzu edir”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər