11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda dövlət fondlarının biznes kreditlərində payı 8%-dən aşağı düşüb

Azərbaycanda biznes kreditləri üzrə dövlət fondlarının portfeli oktyabra qədər azalsa da, noyabrdan yüksəlməyə başlayıb, lakin ilin əvvəli ilə müqayisədə xeyli aşağıdır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, dövlət fondlarının biznesə yönəltdiyi kreditlərin həcmi 1 dekabr tarixinə  941.5 mln. manat təşkil edib. Bu son bir ayda 0.5 faiz (4.5 mln. AZN) artım olsa da, ilin əvvəlindən 110.7 mln. manat və ya 11 faiz azdır.

İlin əvvəlində dövlət fondlarının biznesdəki portfeli  1 mlrd. 52.2 mln. manat idi.  Öncəki ilin əvvəlində isə  1 mlrd. 213.3 mln. manat olmuşdu.

Qeyd edək ki, 1 dekabr 2023-cü il tarixinə bankların 12 mlrd. 421.2 mln. manat biznes krediti var. Bu da o deməkdir ki, dövlət fondlarının ümumi portfeldə payı 7.6 faizdir. Məsələn, bu 2022-ci ilin əvvəli 12.5 faiz, 2023-cü ilin əvvəli 9.7 faiz təşkil etmişdi.

Son xəbərlər
Digər xəbərlər