13 C
Baku
Sunday, November 24, 2024

İsrail hökuməti xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib

İsrail Nazirlər Kabineti ölkənin xarici işlər nazirinin dəyişdirilməsini təsdiqləyib.

Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək nazirliyə rəhbərlik etmiş Eli Koenin yerini indi Energetika Nazirliyinin rəhbəri olan İsrail Katz tutacaq.

“Hökumət bu səhər (31 dekabr 2023-cü il, bazar günü) nazir İsrail Katzın yerinə nazir Eli Koenin Energetika və İnfrastruktur naziri təyin edilməsini və nazir Eli Koenin yerinə nazir İsrail Katsın Xarici İşlər Naziri təyin edilməsini təsdiqlədi. Bu təyinatlar Knesset tərəfindən təsdiqlənməlidir (parlament), – məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər