Avropa ölkələri 2024-cü ilin fevralına qədər koronavirus dərmanlarının istifadə müddəti bitdiyinə görə 2,2 milyard dollar itirə bilər.
Bu barədə “Financial Times” “Airfinity” analitik qrupunun statistikasına istinadən məlumat yayıb.
Böyük Britaniya, Fransa, İspaniya və İtaliya kimi ölkələr Amerikanın “Pfizer” şirkətinin vaxtı keçmiş peyvəndlərinə görə artıq təxminən 1,1 milyard dollar itirib. Fevral ayına qədər müddəti bitmiş dərmanların sayı 3,1 milyona çatacaq. Bu fenomen əhalinin dərman vasitələrinə çıxışına ciddi nəzarət və bazar ehtiyaclarının həddindən artıq qiymətləndirilməsi ilə əlaqələndirilir.
“Pfizer” şirkəti vaxtı keçmiş peyvəndlərin kütləvi şəkildə utilizasiyasını pandemiyanın qaçılmaz nəticəsi, istehsalçıların və hökumətlərin öz əhalisini qorumaq üçün ictimai sağlamlıq böhranını tez aradan qaldırmaq üçün birgə işləməsinin təbii nəticəsi adlandırıb.